23 Oktyabr 2014 16:44
900
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya Əfqanıstanda münaqişənin miqyasını düzgün qiymətləndirmədiyini etiraf edib.

Teleqraf.com itar-tass.com-a istinadən xəbər verir ki, bu barədə açıqlamanı Böyük Britaniya Silahlı Qüvvələri Baş Qərargah rəisi Piter Uoll verib. Krallığın quru qoşunlarının sabiq rəhbərinin sözlərinə görə, hökumət Əfqanıstanda əməliyyatı planlaşdırarkən müəyyən məqsədlərə nail olmaq üçün az qüvvənin tələb olunduğunu hesab edib:

“Britaniyalı hərbçilər həmin dövrdə məhdud imkanlara malik idi və onlar özləri də etiraf edirdilər ki, qüvvələrimiz iki cəbhədə döyüşməyə qadir deyil. Əfqanıstanda əməliyyatları yerinə yetirmək üçün 10 minlərlə hərbçi lazım idi. Biz isə ora yalnız 3300 hərbçi göndərdik”.

O həmçinin qeyd edib ki, bu məsələnin düzgün qiymətləndirilməməsi səbəbilə münaqişənin əvvəlindən Əfqanıstanda 453 britaniya əsgəri həlak olub.

Samir


Müəllif:

Oxşar xəbərlər