23 Yanvar 2021 20:59
2 527
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güney azərbaycandan azyaşlı uşaq Ayıla türk (Azərbaycan) adı qoyulduğu üçün doğum haqqında şəhadətnamə verilmir.

Teleqraf.com xəbər verir ki, ərdəbilli musiqiçi və milli fəal Səccad Colaninin qızı Ayılın anadan olmasından 7 ay keçməsinə baxmayaraq, valideynləri indiyədək ona sənəd ala bilməyib.

Övladlarına qoyduqları milli adı rəsmiləşdirmək üçün dəfələrlə İran Vətəndaşlığının Qeydiyyatı İdarəsinə müraciət etsələr də, onlara rədd cavabı verilib.

Türk-Azərbaycan dilində “oyan” anlamı verən Ayıl adı ərdəbilli körpənin adının sənədləşdirilməsinə mane olur.

Ayıl göz xəstəliyindən əziyyət çəkir. Sənədi olmadığı üçün sığorta hüququndan məhrumdur və buna görə müalicə xərcləri valideynlərinə baha başa gəlir. Körpə buna görə vaksinasiyadan da məhrumdur.

Xatırladaq ki, bundan əvvəl Xiyav şəhərində anadan olan Ozan və Varan əkizlərinə, Tikantəpədə Onura adlarının qeyri-fars olduğu üçün sənəd verilməmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər