ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın hava hücumlarının nəticəsi açıqlanıb.
Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Suriya İnsan Haqları Təşkilatı açıqlama verib. Yayılan məlumatlara görə, hava hücumları nəticəsində 521 terrorçu öldürülüb. Həmçinin əməliyyatlar zamanı 32 mülki vətəndaş da həyatını itirib.
Öldürülən terrorçulardan 464-ü İraq Şam İslam Dövləti terror təşkilatının, 57-i isə Əl-Qaidə qruplaşmasının döyüşçüsü olub.
Yayılan xəbərlərdə ölən mülki vətəndaşlar arasında 6 uşaq və 5 qadının olduğu qeyd edilir.
Samir