23 Yanvar 2021 15:29
1 681
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın paytaxtı Moskvada Qırmızı Meydan bağlanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Dojd” telekanalı məlumat yayıb.

Meydanın həbs olunmuş müxalifət lideri Aleksey Navalnıya azadlıq tələbi ilə keçirilən aksiyalarla əlaqədar bağlandığı bildirilib.

“Kommersant”ın məlumatına görə, Moskvada müxalifət lideri Aleksey Navalnını dəstəkləyən icazəsiz mitinqlə əlaqədar Puşkin Meydanında həbslər başlayıb.

Tutulanların hamısı gənclərdir. Polis əməkdaşları meydanda patrul xidmətinə başlayıb. Nəşrin iddiasına görə, polis əraziyə toplaşan hər kəsi saxlayır.

Navalnının Moskva qərargahının koordinatoru Oleq Stepanov da paytaxtda tutulub.

Xatırladaq ki, bu gün Rusiyada Aleksey Navalnını dəstəkləyən icazəsiz etiraz aksiyaları keçirilir. Artıq 200-dən çox adam nəzarətə alınıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər