23 Yanvar 20:00
383

Yeni növ koronavirus (COVID-19) epidemiyasına qarşı mübarizədə peyvəndləmə işlərinin düzgün aparılması üçün xalq ən azı 6 ay ərzində tədbirlərə diqqətlə riayət edilməlidir.

Teleqraf.com xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani paytaxt Tehranda Milli Koronavirusla Mübarizə Şurasının iclasında çıxışı zamanı deyib.

Prezident qeyd edib ki, epidemiyanın təsiri son zamanlar xüsusən gənclər üzərində artırıb: “Bu, gələcəkdə böyük problemlərə yol aça bilər. Yoluxma hallarının azalma tendensiyasına baxmayaraq, ictimaiyyət tədbirlərə davam etməlidir. Bu ay ölkə daxilində peyvənd işlərinə başlamağa çalışırıq. Sağlamlıq protokollarına ən azı 5-6 ay diqqətlə davam etməliyik".

Ölkəsinin 3 fərqli peyvənd üzərində çalışdığını ifadə edən Ruhani xarici peyvəndlərin tətbiq edilməsi üçün işlərinin davam etdiyini bildirib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən hazırlanan və 16,8 milyon doza satın alınan “Covax” peyvəndinin ölkəyə mart ayının sonu və ya aprelin əvvəlində gətirilməsi gözlənilir.


Müəllif: Yeganə Oqtayqızı