24 Yanvar 2021 17:30
2 919
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Müdafiə Nazirliyi Gürcüstan Müdafiə Nazirliyinə lazer ölçü cihazları və bir sıra mühəndis avadanlıqları hədiyyə edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilib.

Avadanlıqlar paytaxt Tiflisdə Gürcüstan Müdafiə Qüvvələri Baş Qərargahının Strateji Planlaşdırma İdarəsinin rəisi polkovnik İoseb Nikolaşvili və Türkiyənin bu ölkədəki səfirliyinin hərbi attaşesi polkovnik Burak Altınər arasında keçirilən görüşdə təhvil verilib.

Türkiyə və Gürcüstan hökumətləri arasında bundan əvvəl imzalanan Hərbi-Maliyyə Əməkdaşlıq Sazişi çərçivəsində lazer ölçü cihazları və bir sıra mühəndis avadanlıqlarının təhvil verilməsi ilə bağlı sənəd Nikolaşvili və Altınər tərəfindən imzalanıb.

Qeyd edək ki, Türkiyə Müdafiə Nazirliyi bundan əvvəl – 2020-ci il noyabrın 27-də də Gürcüstana hərbi avadanlıqlar hədiyyə etmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu