24 Yanvar 2021 16:22
714
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda ötən sutka ərzində 89 nəfər koronavirusdan (COVID-19) ölüb.

Teleqraf.com xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 57 383 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 5 945 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1 372 977 nəfərə çatıb. Virus daşıyıcılarından 4 090 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Sadat Lari qeyd edib ki, İranda indiyədək 1 164 794 nəfər koronavirusdan sağalıb.

İranda indiyədək 8,9 milyondan çox diaqnoz testi həyata keçirilib.

İranın rayonları koronavirusa yoluxmada 18 rayon narıncı, 154 rayon sarı, 276 rayon isə mavi zona hesab olunur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər