24 Yanvar 23:56

Dünyada koronavirusun törətdiyi nəticələrdən ölənlərin sayı 2,11 milyonu ötüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 577 301 nəfər yeni koronavirusa yoluxub, 13 688 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 97 464 094, ölənlərin isə 2 112 689 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.


Müəllif: Teleqraf.com