25 Yanvar 10:04
766

Məqalələri dəfələrlə ABŞ-ın “Nyu-York Tayms” qəzetində dərc olunan Kavex Əfrasiyabi İranın gizli agenti olmaqda ittiham edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.

Açıqlamada bildirilib ki, əvvəllər məqalələri “Nyu-York Tayms”da dərc olunan və özünü “Tehran Universitetinin keçmiş müəllimi” kimi təqdim edən Kavex Əfrasiyabi bu həftə həbs olunub.

Əfrasiyabi “İran hökumətinin gizli agenti kimi fəaliyyət göstərməkdə” günahlandırılıb. 2007-ci ildən bu yana İranın BMT-dəki Daimi Nümayəndəliyinin sözügedən şəxsin bank hesabına 265 milyon dollar köçürdüyü bildirilib.

Ədliyyə Nazirliyinin açıqladığı cinayət işinin mətnində Əfrasiyabinin 1957-ci ildə İranda anadan olduğu və 1973-cü ildə ABŞ-a gəldiyi vurğulanıb.


Müəllif: Mənsur Rəğbətoğlu