25 Yanvar 2021 10:43
1 670
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Co Bayden fransalı həmkarı Emmanuel Makrona zəng edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Bayden ABŞ-ın ən köhnə müttəfiqi olan Fransa ilə ikitərəfli əlaqələri gücləndirmək niyyətində olduğunu Makronun diqqətinə çatdırıb. O, ABŞ-ın NATO və Avropa Birliyi də daxil olmaqla, transatlantik münasibətləri yaxşılaşdırmaq vədini təkrarlayıb.

İki liderin iqlim dəyişikliyi, COVID-19, qlobal iqtisadi bərpa kimi ortaq problemlərin həlli istiqamətində sıx əməkdaşlığın zəruriliyi barədə razılığa gəldikləri deyilib. Eləcə də Çin, Yaxın Şərq və Rusiya kimi xarici siyasət prioritetləri üzərində birlikdə işləmək barədə anlaşdıqları deyilib.


Müəllif: Mənsur Rəğbətoğlu