Moskvada meteoroloji müşahidələrin 140 ildən artıq tarixi ərzində temperatur rekordu qeydə alınıb.
Teleqraf.com “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə paytaxt meteobürosu məlumat yayıb.
Əsas Moskva meteoroloji stansiyasında 25 yanvar, bazar ertəsi günü, saat 08:00-da temperaturun +3,8 °C-yə qədər istiləşdiyini qeyd ediblər.
Əvvəlki rekord 25 yanvar 2002-ci ildə qeydə alınıb (+3,6 °С).
Sinoptiklər havanın temperaturunun iqlim normasından 11-12 °C yüksək olduğunu qeyd ediblər.