25 Yanvar 2021 15:33
1 674
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sərhəd bölgəsində Çin və Hindistan qoşunları arasında silahlı qarşıdurmanın baş verdiyi iddia edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Hindistan mətbuatında məlumat yayıb.

İddiaya görə, üç gün əvvəl Hindistanın Nepal və Butan arasında yerləşən Naku La keçidində hər iki tərəfdən hərbçilərin yaralanması ilə nəticələnən qarşıdurma baş verdi.

Qeyd edək ki, bundan əvvəl Çin və Hindistan qoşunları arasında ötən il iyun ayında toqquşma baş vermiş, 20 hind hərbçisi həlak olmuşdu.

İki ölkə arasında Himalay dağları ilə əhatə olunmuş qeyri-müəyyən sərhəd xətti Çin və Hindistan arasında suverenlik mübahisələrinə səbəb olur. Qeyri-müəyyən 3500 kilometrlik sərhəd xətti tez-tez tərəfləri üz-üzə qoyur.

Pekin Hindistanın “Cənubi Tibet” adlandırdığı Arunaçal Pradeş ştatında 90 min kvadrat kilometr ərazinin, Yeni Dehli isə Aksay Çin yaylalarını əhatə edən 38 min kvadrat kilometr ərazinin Çin tərəfindən işğal olunduğunu iddia edir.

Tərəflər uzun illər davam edən danışıqlara baxmayaraq suverenlik mübahisələrini həll edə bilmir. Çinin 2017-ci ildə bölgədəki sərhəd yolunu mübahisəli ərazilərə uzatmağa cəhd etməsi, iki ölkə arasındakı gərginliyi artırıb.


Müəllif: Mənsur Rəğbətoğlu