25 Yanvar 2021 16:54
782
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstanın paytaxtı Kabildə İtaliya səfirliyinə məxsus zirehli maşın partladılıb. Hadisə nəticəsində bir nəfər xəsarət alıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “TOLOnews” ölkənin təhlükəsizlik qüvvələrindəki mənbəyə istinadla məlumat yayıb.

“Hücuma məruz qalan avtomobil İtaliya səfirliyinə məxsusdur. Avtomobildə səfirliyin əfqan işçiləri olublar. Partlayış nəticəsində bir nəfər yüngül xəsarət alıb”, – deyə mənbə bildirib.

Partlayış nəticəsində Əfqanıstan İqtisadiyyat Nazirliyinə məxsus bir avtomobilə də ziyan dəydiyi qeyd olunub.


Müəllif: Səxavət

Oxşar xəbərlər