26 Yanvar 2021 09:14
553
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni araşdırmaya əsasən, planetdə buzların əriməsi sürətlə artır. Tədqiqatların nəticələri göstərir ki, 1994-cü ildən 2017-ci ilədək Yer kürəsi 28 trilyon ton buz itirib. Bu, Böyük Britaniya ərazisini əhatə edə biləcək 100 metrlik qalınlıqda buz təbəqəsinə ekvivalentdir.

Teleqraf.com xəbər verir ki, Lids Universitetinin (University of Leeds) rəhbərlik etdiyi komanda Yer kürəsində son otuz ildə buzun ərimə sürətinin əhəmiyyətli dərəcədə artdığını aşkar edib.

Buzların əriməsi dəniz səviyyəsinin bütün dünyada qalxmasına səbəb olur, sahil icmalarında daşqın riskini və vəhşi təbiətdən asılı olan təbii yaşayış məskənlərinin məhv olma təhlükəsini artırır.

Edinburq Universitetinin, London Universiteti Kollecinin və Earthwave layihəsinin mütəxəssislərindən ibarət tədqiqat qrupunun gəldiyi belə nəticələr Avropa İttifaqının torpaq elmlərindən bəhs edən “The Cryosphere” jurnalında dərc edilib.

Britaniya Ətraf Mühit Araşdırmaları Şurası tərəfindən maliyyələşdirilən tədqiqata görə, buzların ərimə sürəti 23 il ərzində ümumilikdə 65 faiz artıb. Buna əsasən Antarktida və Qrenlandiyanın qütb buz təbəqələrindəki kəskin azalma səbəb olub.

“Dəniz səviyyəsinin belə böyük miqyasda qalxması sahilyanı icmalara bu əsrdə çox ciddi təsir göstərəcək”, - deyə Qütb Müşahidələri və Modelləşdirmə Mərkəzinin elmi işçisi, tədqiqatın aparıcı müəllifi doktor Tomas Sleyter bəyan edib.

Buzların azalmasına atmosferin və okeanların istiləşməsi səbəb olub.

Tədqiqat, Qrenlandiya və Antarktidanın qütb buz təbəqələri, Antarktida ətrafında üzən buz şelfləri və Arktik və Şimal Buzlu və Cənubi Okeanlardakı üzən buzlar da daxil olmaqla planetin ətrafına səpələnmiş 215 min dağ buzlaqlarıını əhatə edir. Buz itkilərinin yarıdan bir qədər çoxu (58 faizi) Şimal yarımkürəsinin, qalan hissəsi (42 faiz) isə cənub yarımkürəsinin payına düşür.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər