26 Yanvar 2021 09:58
2 028
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın yeni Prezidenti Co Bayden COVID-19 pandemiyası səbəbindən ciddi tədbirlərə əl atıb.

Teleqraf.com xəbər verir ki, Bayden İngiltərə, İrlandiya, Braziliya, Cənubi Arikadan ABŞ-a səyahəti qadağan edib.

Qərar Avropa dövlətlərinə də aiddir. Beləcə bu ölkələrdən səyahət edən və ya son 14 günü bu ölkələrdə olan, ABŞ vətəndaşları olmayan şəxslər Amerikaya daxil ola bilməyəcək.

Xatırladaq ki, sabiq ABŞ prezidenti Donald Tramp 2020-ci ilin martında pandemiya səbəbindən bu ölkələrin vətəndaşlarının ABŞ-a səfərinə məhdudiyyət tətbiq edən qərar imzalamışdı və oktyabrın 18-də bu qərarın yanvarın 26-da ləğv ediləcəyini açıqlamışdı.

Əlavə edək ki, pandemiya səbəbindən ABŞ-da vəfat edənlərin sayı 429 min 511 nəfərə çatıb. Son 24 saatda ölkədə 1854 nəfər virusdan vəfat edib. Həmçinin ölkədə 26 milyona yaxın insan virusa yoluxub.


Müəllif: Cavad

Oxşar xəbərlər