26 Yanvar 2021 10:46
1 225
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sistan-Bəlucistan əyalətinin İranşəhr şəhərində inşa olunan sünnilərə məxsus məscid dağıdılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə bəluc fəalları məlumat yayıb.

Məlumatda bildirilib ki, sünni bəluclara məxsus məscidin tikilməsi üçün aidiyyatı qurumlardan əvvəlcədən icazə alınsa da, İranın dini liderinin Sistan-Bəlucistandakı nümayəndəsi Mustafa Məhaminin buna etiraz etməsindən sonra bünövrəsi qoyulmuş məscid yerli hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən dağıdılıb.

Məhami tikintisinə başladılmış “Mövlana İbrahim Daməni” və “Mənbə ül Ülum Kuhvən” məscidlərinin inşasının dayandırılmasına göstəriş verib.

Qeyd edək ki, Sistan-Bəlucistan əyalətinin imam cüməsi Mövləvi Əbdülhəmid İsmayılzehi üç həftə əvvəl ölkənin dini lideri Əli Xameneyiyə məktub yazaraq, İran hakimiyyətinin sünnilərə qarşı ayrı-seçkilik siyasətinə etiraz etmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu