27 Yanvar 2021 09:05
3 808
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Optimar” şirkətinin anket-sorğularının nəticələrini qiymətləndirən “Hürriyət” qəzetinin köşə yazarı Abdulqadir Səlvi Prezident Rəcəb Tayyib Ərdoğana ən yaxın rəqibin İstanbulun bələdiyyə sədri Əkrəm İmamoğlu olduğunu deyib.

Teleqraf.com xəbər verir ki, sorğuda Ərdoğana səs verənlərin faiz nisbəti 43.9 olduğu halda, bu rəqəm İmamoğluda 35.2-dir.

Səlvi öz yazısında qarşıdakı prezident seçkilərinə geniş yer verib.

Ərdoğan-Gül

Respondentlərin 43.5 faizi “Prezident seçkilərinin son turunda Rəcəb Tayyib Ərdoğan və Abdullah Gül qalsa, kimə səs verərdiniz? ” sualına “Ərdoğan” cavabını veriblər. “Abdullah Gül” deyənlərin nisbəti 20.3 faizdir.

Ərdoğan-Babacan

Respondentlərin 45.1 faizi həmin suala Ərdoğanın, 20.9 faizi isə baş nazirin keçmiş müavini Əli Bacanın adını çəkib.

Ərdoğan-İmamoğlu

Prezident Ərdoğana ən yaxın rəqib Əkrəm İmamoğludur. “Ərdoğan” deyənlərin faiz nisbəti 43,9 ikən, İmamoğlu 35.2 səs alıb.

Ərdoğan-Kılıçdaroğlu

Ərdoğan CHP lideri Kamal Kılıçdaroğlunu da xeyli fərqdə geridə qoyub. Türkiyə lideri 45.8, CHP rəhbəri isə 27.2 faiz səs alıb.

Ərdoğan-Yavaş

Prezident Ərdoğan Ankaranın bələdiyyə sədri Mansur Yavaşı 43.1 faiz səslə geridə qoyub. Yavaşın faiz nisbəti 31.8-dir..

Ərdoğan-Akşənər

Sorğuda Ərdoğana dəstək 43.8, İyi Partiyanın lideri Maral Akşənərə 30 faizdir.

Ərdoğan-İncə

Ərdoğanın 45 faiz səs aldığı anketdə CHP-dən olan siyasətçi Məhərrəm İncə 28.6 faizlə kifayətlənib.

Ərdoğan-Dəmirtaş

Türkiyə lideri HDP-nin lideri Səlahəddin Dəmirtaşı böyük fərqlə üstələyib. Ərdoğana 51.8 faiz səs verildiyi halda, Dəmirtaş sadəcə 17 faizlə kifayətlənib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər