26 Yanvar 2021 21:13
1 832
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında Gəlincikdəki sarayın sahibinin bir və ya bir neçə sahibkar olduğunu bildirib.

Teleqraf.com xəbər verir ki, D.Peskov deyib:

“Bu obyektin sahiblərinə gəldikdə, razılaşmalısınız ki, bura çox güman sahibkara məxususdur. Həqiqətən də o, Gəlincikdə yaxşı tanınan böyük bir obyektdir. Bir və ya bir neçə şəxs birbaşa və ya dolayı olaraq bu obyektə sahibdir”.

Eyni zamanda, Kremlin spikeri qeyri-korrekt olduğu üçün onun sahiblərin adlarının açıqlanmayacağını söyləyib.

O, obyektin üzərinin uçuşa qadağan bölgə olduğunu və sarayın Federal Mühafizə Xidməti tərəfindən qorunmasının səbəbini soruşan jurnalistlərə bunu birbaşa həmin idarələrlə aydınlaşdırmağı tövsiyə edib.


Müəllif: Səxavət

Oxşar xəbərlər