ABŞ Konqresinin Senatı Dövlət Departamentinin rəhbəri postuna Entoni Blinkenin namizədliyini təsdiqləyib.
Teleqraf.com xəbər verir ki, səsvermənin translyasiyası Amerikanın qanunverici orqanının yuxarı palatasının saytında aparılıb.
Namizədliyi prezident Cozef Bayden tərəfindən irəli sürülən Blinkenin andiçməsi yaxın vaxtlarda olacaq. Onun 58 yaşı var. Blinken uzun illərdir Baydenin yaxın tərəfdaşıdır.