Türkiyənin Librevildəki Səfirliyi özünün tvitterdəki hesabında 22 nəfərlik dəstək qrupunun Qabonun paytaxtına çatdığını bildirib.
Teleqraf.com xəbər verir ki, qrup üzvləri səfir Nilüfer Erdem Kayğısız tərəfindən qarşılanıb.
Paylaşımda dəstə üzvlərinin gəminin lövbər saldığı Port Gentil Limanına gedərək gəmiyə minəcəyi bildirilib.
Yanvarın 23-də dəniz quldurları Nigeriya sahillərində “Mosart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə hücum edib. Hücum zamanı gəminin 19 heyət üzvündən 15-i qaçırılıb, azərbaycanlı mühəndis Fərman İsmayılov isə öldürülüb. Gəmi 3 heyət üzvü ilə Qabonun Port-Gentil Limanına hərəkət edib.