Türkiyədə üç general həbs edilib.
Teleqraf.com xəbər verir ki, təqaüddə olan generallar Ankarada saxlanılıb.
Ankara prokurorluğu FETÖ araşdırması çərçivəsində təqaüddə olan üç generalı və bir mülki vətəndaşı həbs edib.
Saxlanılanların FETÖ terror təşkilatı ilə hansı formada əməkdaşlıq etdiyi, bu qurumun üzvü olub-olmadığı haqda hələlik məlumat açıqlanmayıb.