27 Yanvar 2021 12:07
1 009
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərədə COVID-19 virusunun qurbanlarının sayı 100 mini ötüb. Ölkədə gündə 70 min yoluxma qeydə alınır. Yoluxma hallarının kəskin artması səbəbilə ölkə başçısı Boris Conson mətbuat konfransı keçirib.

Teleqraf.com xəbər verir ki, Consonun çıxışı zamanı başını əyib gözlərini yumaraq üzünütülərini ifadə etməsi İngiltərə mətbuatının maneşetində yer tutub:

“Ölkə rəhbərliyi olaraq tətbiq edilən bütün tədbirlərin məsuliyyətini üzərimizə alırıq. Əlimizdən gələn hər şeyi etdik. Virus səbəbilə baş verən hər ölüm məni çox üzür”.

“Daily star” seçkilərdə Boris Consona dəstək verdiyi üçün xalqdan üzr istəyib. Qəzet televiziya aparıcısı Pirs Morqanın Boris Consondan daha yaxşı baş nazir olacağını bildirib: “Atdığımız addım göstərdi ki, canavar yaratmışıq. Buna görə xalqımızdan qəzet adına üzr istəyirik”.

Qeyd edək ki, Birləşmiş Krallıqda bu günə qədər 3 689 746 nəfər COVID-19-a yoluxub, 100 162 nəfər dünyasını dəyişib.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər