27 Yanvar 2021 14:02
842
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Nümayişlərin təşkilatçılarının məqsədi ölkəni Belarus kimi sarsıtmaq idi, buna görə də olaylarda ölüm hallarının baş verməsinə cəhdlər etdilər".

Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın hakim Vahid Rusiya partiyasının deputatı Andrey İsayev deyib.

“Yanvarın 23-də həyata keçirilən ssenarinin təşkilatçılarının məqsədi ölkəni Belarusa çevirməkdi. Həmin ssenari əsasında ölkəni sarsıtmaq istəyirdilər, bu məqsədlə ölüm hallarının baş verməsinə cəhdlər göstərdilər”, - İsayev qeyd edib.

Qeyd edək ki, yanvrın 23-də Rusiyanın 30-dan çox şəhərində həbs edilən müxalifət lideri Aleksey Navalnınıya azadlıq tələbi ilə kütləvi nümayişlər keçirilib. Nümayişlər polis və hərbi qüvvələrin müdaxiləsi ilə yatırılıb.

Hakimiyyətin təzyiqləri qarşısında geri çəkilməyəcəklərini açıqlayan Navalnı tərəfdarları yanvarın 31-də Rusiyada ümumxalq mitinqi elan edib.


Müəllif: Mənsur Rəğbətoğlu