Korrupsiyada ittiham edilən eks Qırğızıstan prezidenti Kurman Bakiyevin oğlu Maksim Bakiyev ömürlük həbsə məhkum edilib.
Teleqraf.com-un məluatına görə, Maksim Bakiyev barəsində hökm bu gün Bişkek Məhkəməsində verilib. Əldə edilən məlumatda Bakiyevin 2010-cu ildə rəhbəri olduğu İnvestisiya və İnnovasiyanın İnkişafı Mərkəzindən 37 milyon dollar dəyərində pul mənimsədiyi bildirilir.
Qeyd edək ki, Bakiyev 2010-cu ilin aprelində xalq üsyanı nəticəsində devrilib. O, ölkəni tərk edib və Belarusa qaçıb.