Rusiya və ABŞ Strateji Hücum Silahlarının Azaldılması Müqaviləsini Moskvanın şərtləri ilə uzatmaqla bağlı qərar qəbul edib.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bəyan edib.
“Bizim şərtlərimizlə: beş il müddətinə, əvvəlcədən hər hansı şərt qoyulmadan, heç bir əlavə olmadan”, – deyə RİA Novosti diplomatdan sitat gətirir.
Qeyd edək ki, dünən Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı olub. Tərəflər müqavilənin uzadılması üçün razılığın əldə edilməsinə dair diplomatik notaların mübadiləsini alqışlayıblar.
Kreml bütün lazımi prosedurların yaxın günlərdə tamamlanacağını açıqlayıb. Artıq ratifikasiya haqqında qanun layihəsi Dövlət Dumasına təqdim edilib.