28 Yanvar 2021 11:04
1 000
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada 6 qeyri-hökumət təşkilatı (QHT) polislərin insanlar arasında ayrı-seçkilik etdikləri səbəbilə hökuməti məhkəməyə vermək üçün hərəkətə keçib.

Teleqraf.com xəbər verir ki, “Human Rights Watch” və Beynəlxalq Əfv Təşkilatının Fransadakı nümayəndəlikləri də daxil olmaqla, qeyri-hökumət təşkilatları polisin insanların irqi xüsusiyyətlərinə görə davranmalarından, xüsusən də afrikalı və ərəb mənşəli insanların pasportlarını yoxlamalarından şikayətləniblər.

Təşkilatlar Baş nazir Jan Kasteks, daxili işlər və ədliyyə nazirlərini polisin irqi xüsusiyyətlərə görə şəxsiyyət yoxlanışlarını dayandırması üçün konkret addımlar atmağa və islahatlar həyata keçirməyə çağırıblar.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər