28 Yanvar 2021 12:05
2 846
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təkcə Türkiyə Prezidenti və Ədalət və İnkişaf Partiyası (AKP) lideri Rəcəb Tayyib Ərdoğan yox, hakim partiyanın iki vacib siması da Səadət Partiyası Ali Məşvərət Şurasının sədri Oğuzxan Asiltürklə görüşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Hürriyyət” qəzeti məlumat yayıb.

Məlumatda iki partiyanın rəsmiləri arasında ittifaq və siyasi məsələlərin müzakirə edildiyi bildirilib:

“Ərdoğanın Səadət Partiyası Ali Məşvərət Şurasının sədri Oğuzxan Asiltürklə görüşü “tektonik xətt”də silkələnmə yaradıb. Görüşdə Ərdoğan və Asiltürkün təkcə ittifaq məsələsini yox, dini və siyasi məsələləri müzakirə etdikləri deyilir.

Ərdoğandan başqa AKP-nin daha iki önəmli simasının da Asiltürklə görüşdüyü haqda məlumat var”.

Mənbə bundan əvvəl iki partiyanın rəhbərliyi arasındakı incikliyə baxmayaraq, Səadət Partiyasının AKP ilə eyni birlikdə təmsil olunmaq təklifinə isti baxdığını iddia etmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu