29 Yanvar 2021 00:56
1 265
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya əhalisinin sayı 2020-ci ildə əvvəlki ilə nisbətən 510 min nəfər azalıb və bu, son 15 ilin ən böyük azalmasıdır.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Federal Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, ölkə əhalisinin sayı 2020-ci ildə əvvəlki ilə nisbətən 146 milyon 750 min nəfərdən 146 milyon 240 min nəfərə düşüb.

Bu, əhalinin 2005-ci ildən bəri ən böyük azalması kimi qeydə alınıb. Ölkə əhalisi 2005-ci ildə 564 min nəfər azalmışdı.
Rusiyada koronavirus (COVID-19) pandemiyası səbəbiylə 71 min 651 nəfər ölüb.

Mütəxəssislər Rusiyaya gələn immiqrant axınının da azaldığını və bunun demoqrafik problemə səbəb ola biləcəyini qeyd edirlər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər