Koronavirusun “Britaniya” ştammı adlanan yeni növü əsasən öskürək, güclü yorğunluq, boğaz və əzələ ağrıları kimi simptomlarla xarakterizə olunur. Bununla yanaşı, Böyük Britaniyanın Milli Statistika Xidməti müəyyənləşdirib ki, “Britaniya” ştammında iybilmə qabiliyyətinin itirilməsi “Çin” variantına nisbətən özünü daha zəif büruzə verir.
Teleqraf.com Hərbi Hava Qüvvələrinə (HHQ) istinadla xəbər verir ki, təşkilat İngiltərədə COVID-19-a tutulmuş 6 min təsadüfi sakindən götürülən məlumatlar əsasında bu nəticəyə gəlib.
Yoluxanların çoxunda bu üç simptomdan ən az biri aşkarlanır.
İlk dəfə Kent qraflığında 2020-ci ilin sentyabrında müəyyənləşdirilən yeni ştamm virusun ilkin variantından daha sürətlə yayıla bilər. O, Britaniyanın bütün hissələrində aşkarlanıb. Bu səbəbdən də yeni infeksiyaların sayı kəskin şəkildə artıb ki, bu da hakimiyyəti hər yerdə lokdaun elan etməyə məcbur edib.
Bu yeni ştammın daha öldürücü olması barədə düşünməyə əsas versə də, hələlik bunu təsdiqləmək üçün elmi dəlilər kifayətedici deyil.
Bundan əlavə, ölkədə Cənubi Afrika və Braziliyadan keçən daha iki, lakin tək halda olan ştamm aşkarlanıb.
Statistika Bürosunun əməkdaşları yeni COVID-19 ştammı üçün götürülən testlər müsbət çıxandan bir həftə əvvəlki simptomları analiz ediblər.
Tədqiqatlar zamanı 2020-ci ilin noyabr ayının ortalarından 2021-ci ilin yanvar ayının ortalarınadək xəstələnən insanlardan götürülən analizlərin nəticələri nəzərə alınıb. Məlumatlar göstərir ki, yeni ştamm ilk halda olduğu kimi üç yox, iki genlə uyğunlaşır.
Yeni ştamma yoluxmuş 3,5 min nəfərlik qrupdan: 35 faiz öskürək, 32 faiz yorğunluq, 25 faiz əzələ və ümumən bədəndəki ağrılardan, 21,8 faiz isə, boğazdakı ağrılardan şikayətlənib.
Bundan əvvəlki ştamma yoluxmuş 2,5 min nəfərlik qrupdan: 28 faizi öskürək, 29 faizi yorğunluq, 21 faiz əzələ və ümumən bədəndəki ağrılardan, 19 faiz isə, boğazdakı ağrılardan şikayətlənib.
Müəyyənləşdirilib ki, koronavirusun yeni ştammına yoluxmuş xəstələrin 16 faizində dad hissi, 15 faizində isə iybilmə qabiliyyəti itir.
Baş ağrısı, tənəffüs, ishal və qusma ilə bağlı məlumatlar eyni olub.
Uorik Universitetinin Molekulyar Onkologiya üzrə virusoloqu, professor Lourens Yanq bildirib ki, Uxanda aşkarlanmış virusla müqayisədə yeni ştammda 23 dəyişiklik qeydə alınıb.
Yanq daha sonra əlavə edib ki, virusun yeni ştamma yoluxanların orqanizmində sürətlə çoxalması infeksiyanın bədənə daha geniş yayılmasına səbəb ola bilər. O şiddətli öskürəyin, əzələ ağrılarının və yorğunluğun da, çox güman ki, bununla bağlı olduğunu diqqətə çatdırıb.