29 Yanvar 2021 09:32
440
12 Punto 14 Punto 16 Punto 18 Punto

“AstraZeneka” preparatını istehsal edən Britaniya-İsveç əczaçılıq müəssisəsi Avropa Komissiyasından koronavirus əleyhinə vaksinlərə sifariş alsa da, onları artıq vaxtında çatdıra bilməyəcəyini bildirib.

Teleqraf.com xəbər verir ki, bu, şirkətdən dərhal öhdəliklərinin yerinə yetirməsini tələb edən müştərilərin qəzəbinə səbəb olub.

Mətbuat xidmətinin məlumatında bildirilir ki, “növbə qaydası ilə xidmət edirik” prinsipini inkar edən Avropa Komissiyası “xüsusən müqavilədə əks olunan belə məsələlərdə ət dükanlarına qonşuluq etməyə daha yararlıdır”.

“AstraZeneka” firması isə öz növbəsində müqavilənin yerinə yetirilməsi üçün “maksimum səy göstərəcəyini” bildirsə də, tədarükün vaxtında yerinə yetirilməsinə dair heç bir vəd verməyib.

Hazırda Brüssel gizli şəkildə Böyük Britaniya üçün təyin olunan dozaların Avropa İttifaqına yönəldilməsini tələb edir. Qeyd edək ki, şirkətin iki fabriki Britaniya adalarında, digər iki fabrik isə istehsal prosesində qəzanın baş verdiyi ehtimal olunan Avropada yerləşir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər