29 Yanvar 2021 13:57
945
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Co Bayden Rusiyanın davranışları ilə bağlı verdiyi qərarlarda heç vaxt geri çəkilməyib.

Teleqraf.com xəbər verir ki, bunu Ağ Evin sözçüsü Jen Psaki deyib.

“Prezident Bayden bu söhbətdə öz hədəflərini açıq şəkildə çatdırdı. Prezident Putin və ya Rusiya hökumətinin davranışları ilə bağlı narahatlıqları məsələsində geri çəkilməyib. Bunu söhbət zamanı qətiyyətlə və açıq şəkildə çatdırdı”, - Psaki qeyd edib.

Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı yanvarın 26-da baş tutub. Liderlər koronavirusla mübarizə, nüvə silahlarının azaldılmasına dair müqavilənin (START-3) uzadılması, Amerika tərəfinin Açıq Səmalar Müqaviləsindən çıxması, Aleksey Navalnının həbsi və kiberhücumlar barədə məsələləri müzakirə ediblər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər