Hollandiyanın kimya üzrə Nobel mükafatçısı Paul Krutzen 87 yaşında vəfat edib.
Teleqraf.com xəbər verir ki, bu barədə alimin 20 il çalışdığı Almaniyanın Maks Plank Kimya İnstitutu məlumat yayıb.
Krutzenin ölüm səbəbinin uzun müddət davam edən xəstəlik olduğu bildirilib.
Krutzen və həmkarları azot oksidlərinin Yerin Ozon qatına təsirlərini araşdırdıqlarına və Ozonda dəliklərə səbəb olan kimyəvi prosesləri kəşf etdiklərinə görə Nobel mükafatına layiq görülüblər. Krutzen, həmçinin insan fəaliyyətinin ətraf mühitə təsirini araşdırırdı.