29 Yanvar 2021 16:34
3 900
12 Punto 14 Punto 16 Punto 18 Punto

Video əlavə olunub:

***

15:01

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Riçard Milz Rusiya və Türkiyəni Liviyadakı hərbi qüvvələrini geri çəkməyə çağırıb.

Teleqraf.com xəbər verir ki, Milz Liviyadakı bütün xarici qüvvələrin geri çəkilmə tarixinin sona çatdığına diqqət çəkib.

“Rusiya, Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), eləcə də Liviyaya hərbi müdaxilə edən bütün xarici tərəflər dərhal Liviyanın suverenliyinə hörmət etməyə və qüvvələrini geri çəkməyə çağırırq”, - amerikalı diplomat bildirib.

Liviya müharibəsindəki tərəflər ötən il oktyabrın 23-də BMT-nin himayəsi altında atəşkəs razılaşması imzalayıblar. Bundan sonra bütün xarici qüvvələrdən və muzdlulardan üç ay ərzində ölkəni tərk etmələri istənilib.

BMT-nin hesablamalarına görə, Liviyada təxminən 20 min xarici hərbi qüvvə və muzdlu var.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər