29 Yanvar 2021 13:18
2 883
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşüb.

Teleqraf.com xəbər verir ki, nazirlər ikitərəfli görüşdən sonra jurnalistlərin suallarını cavablandırıblar.

“Regional məsələləri və əməkdaşlığımızı qiymətləndirdik. Cənubi Qafqazda 3+3 formatında əməkdaşlıq planlaşdırırıq. Cənubi Qafqazda sülh və sabitlik hər kəsin marağındadır, bu bölgədəki normallaşma region ölkələrinə faydalı olacaq. Ermənistandan bu istiqamətdə konstruktiv addımlar atmasını gözləyirik”, - Çavuşoğlu görüş haqda danışarkən bildirib.

İran xarici işlər nazirinin açıqlaması isə belə olub:

“İran və Türkiyə həmişə çətin anlarda bir-birinin yanında olub. Çətin anlarda dost olmağın dəyərini bilirik. İran şirkətlərinin Türkiyədə olması bizim üçün çox vacibdir. Türk şirkətlərinin İrana gəlməsini gözləyirik”.

Zərif Türkiyə liderini ölkəsinə dəvət edib: “Cümə namazından sonra cənab Ərdoğan tərəfindən qəbul ediləcəm. Cənab Ərdoğanın İrana gəlməsini gözləyirik. Səfərin tarixinə yaxın vaxtlarda aydınlıq gətirəcəyik”.

Nazir hesab edir ki, İran və Türkiyənin Cənubi Qafqazdakı əməkdaşlığı region ölkələri üçün faydalı olacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər