29 Yanvar 2021 17:27
1 714
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus lideri Aleksandr Lukaşenko ölkəsində heç kimdən qorxmadığını söyləyib.

Teleqraf.com xəbər verir ki, A.Lukaşenko bunu Belarus Dövlət Universitetinin (BDU) tələbələri ilə görüş zamanı bildirib.

“Mən “Bəli, mən BDU-ya gedəcəyəm” dediyim zaman Natalya İvanovna (Koçanova, respublika şurasının sədri) sevindi. O, bütün bu hadisələrdən sonra ümumiyyətlə mənim tələbələrin yanına gələcəyimə inanmırdı. Eşidin, siz mütləq bir şərti nəzərə almalısınız: mən öz ölkəmdə qətiyyən heç kimdən qorxmuram”, – deyə BELTA onun sözlərindən sitat gətirir.

Lukaşenko dövlət başçısı olduğu dövrdə “utanacaq heç nəyinin olmadığını” vurğulayıb.

“Əlbəttə, biz nəhəng imperiyanın qanlı hissəsindən qısa müddətdə dövlət yaradarkən hansısa səhvlərə yol verməyə bilməzdik. Beləliklə, gəlin onları düzəldək! Amma başa düşmürəm: nəyə görə yaratdıqlarımızı öz əllərimizlə dağıtmalıyıq?” – deyə Belarus Prezidenti bildirib.

Daha əvvəl Lukaşenko bəyan etmişdi ki, Belarusu tankda, piyadaların döyüş maşınında, əlində avtomatla qorumağa hazırdır.


Müəllif: Səxavət

Oxşar xəbərlər