24 Oktyabr 2014 09:15
880
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistanın Kvetta şəhərində yaraqlıların üç hücumu nəticəsində ən azından 13 nəfər həlak olub.

Teleqraf.com İnterfaks agentliyinə istinadən məlumat verir ki, siyasətçi Maulana Fazlur Raxmanın çıxışından sonra zirehlənmiş maşınına tərəf gedəndə maşına terrorçu yaxınlaşdı və üzərindəyi partlayış mexanizmini işə saldı. Hücum nəticəsində üç nəfər həlak olub, siyasətçi zədələnməyib.

Bundan başqa, naməlum şəxslər tərəfindən avtobusa açılan atəş nəticəsində səkkiz nəfər dünyasını dəyişib, iki nəfər yaralanıb. Hadisədən sonra polislər yaxın ərazilərdə axtarış keçirməyə başladıqda konvoyların birinə motosikletçi yaxınlaşıb, bomba partladıb - iki nəfər həlak olub, 12 nəfər xəsarət alıb.

Terraktlarla bağlı məsuləyyəti üzərinə heç kim götürməyib. KİV-lərinin verdiyi məlumata görə, hücumların təşkilinin Taliban ilə əlaqəsi olan "Laşkar-e-Canqvi" birləşməsi tərəfindən həyata keçirildiyi təxmin edilir


Müəllif:

Oxşar xəbərlər