24 Oktyabr 2014 09:33
811
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada şərab istehsalına görə ötən il bir qədər geriləyən Fransa 2014-cü ildə əsas şərab istehsalçıları olan İtaliya və İspaniyanı qabaqlayaraq yenidən liderliyi əldə edib.

Bu il Fransada 46 milyon dekalitr şərab istehsal olunub. Bu il 2013-cü illə müqayisədə 4 milyon dekalitr çoxdur.

Bu barədə Beynəlxalq Şərab Təşkilatı məlumat yayıb.

Məlumatda bildirilir ki, 2013-cü ildə dünyada 271 milyon dekalitr şərab istehsal olunmuşdursa, cari ildə bu rəqəm 287 milyon dekalitr təşkil edib.

Təşkilatın direktoru 2014-cü ildə İtalyanın şərabçılıq təsərrüfatlarında 42, İspaniyada isə 37 milyon dekalitr şərabın istehsal olunduğunu bəyan edib.


Müəllif:

Oxşar xəbərlər