30 Yanvar 2021 18:10
752
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rumıniyada Matey Bals pandemiya xəstəxanasında yanğın baş verib.

Teleqraf.com xəbər verir ki, yanğın nəticəsində 4 nəfər dünyasını dəyişib, 120 xəstə xəstəxanadan evakuasiya edilib.

Rumıniya Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, səhər erkən saatlarda baş verən yanğında 3 nəfər yerindəcə dünyasını dəyişib, dördüncüsü şəxs isə ağır yaralı olduğu üçün evakuasiya nəticəsində digər xəstəxanaya aparılarkən ölüb.

Qeyd edək ki, noyabr ayından etibarən Rumıniyada COVID-19 virusuna yoluxma halları artıb. Yer olmadığı üçün xəstələr xəstəxana dəhlizlərinə yerləşdirilib.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər