30 Yanvar 2021 20:45
889
12 Punto 14 Punto 16 Punto 18 Punto

Etiraz aksiyası keçirən insanlara atəş açılıb və 9 nəfər öldürülüb.

Teleqraf.com xəbər verir ki, hadisə Əfqanıstanın Maydan Vardak vilayətində baş verib.

Əfqanıstan prezidentinin köməkçisi Server Danış bildirib ki, etiraz aksiyası keçirən mülki insanlara təhlükəsizlik qüvvələri atəş açıb.

Əfqanıstan Daxili İşlər Nazirliyinin rəsmisi Tarix Aryen isə deyib ki, etiraz edən mülki əhalinin arasında silahlı şəxslər olub və ilk atəşi onlar açıb. Bundan sonra qarşıdurma baş verib.

O əlavə edib ki, atışma zamanı 9 mülki insan ölüb, habelə içlərində polis əməkdaşlarının olması ilə 12 nəfər yaralanıb.

Etiraz aksiyası keçirən mülki əhalinin arasına Hazara Şiələrinin komandanı Əbdül Qəni Aliporun silahlı adamları olduğunu ehtimal olunur.


Müəllif: Cavad

Oxşar xəbərlər