1 Fevral 2021 09:00
395
12 Punto 14 Punto 16 Punto 18 Punto

Myanma hərbçiləri ölkədə bir il müddətinə fövqəladə vəziyyət tətbiq olunduğunu elan ediblər.

Teleqraf.com-un məlumatına görə, bu barədə "Sinxua" agentliyi xəbər verib.

Bildirilib ki, müvafiq açıqlama ordu telekanalında yayımlanıb.

Məlumata əsasən, hərbçilər fövqəladə vəziyyətin tətbiqinə dair bəyannaməni ölkə vitse-prezidenti Myin Sve tərəfindən imzalandığını bildirdi. Myin Sve onlar tərəfindən ölkənin prezidenti vəzifəsini icra edən təyin edilib.

Hərbçilər bildirib ki, ölkədə hakimiyyət Myanma silahlı qüvvələrinin baş komandanı Min Aun Hlainə veriləcəyini də söylədilər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər