1 Fevral 2021 10:19
876
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Microsoft" şirkətinin qurucusu Bill Qeyts vaksinasiya haqqında yanlış məlumatların yayılmasının pandemiya ilə mübarizəyə mənfi təsir göstərəcəyini deyib.

Teleqraf.com xəbər verir ki, milyarder belə halların əvvəllər də baş verdiyini qeyd edib: "Pakistan və Nigeriya kimi ölkələrdə uşaq iflicində vaksinin etibarlı olmadığı, qadınlarda sonsuzluq yaratdığına dair fikirlər səslənirdi.

Belə hallarda nüfuzlu şəxslərə, ictimaiyyət təmsilçilərinə müraciət etsək, daha yaxşı olar. Bu şəxslər vaksinin cəmiyyətə faydası haqqında danışa, insanları inandıra bilərlər".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər