Səhər saatlarına həyata keçirilən kütləvi həbslərdən sonra Myanmada hərbi çevrilişin baş tutduğu təsdiqlənib.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, ölkədə hakimiyyətin çevrilişdən sonra baş qərargah rəisi Min Aun Xlaynın əlinə keçdiyi açıqlanıb.
Açıqlamada qiyamın 2020-ci il noyabrın 8-də keçirilən seçkilərdə saxtakarlığın edilməsi iddiasından sonra baş tutduğu bildirilib.
Qiyamdan sonra ölkədə fövqəladə hal elan edildiyini bildirən Silahlı Qüvvələr Myanmanın gələcəkdə hərbi rejim tərəfindən idarə ediləcəyini elan edib.
Myanmanın hakim Milli Demokrat İttifaqı partiyasının sözçüsü Myo Nyunt “Röyter”ə açıqlamasında Prezident Vin Myint və Dövlət Şurasının sədri və Xarici işlər naziri Aun San Su Çiinin həbs olunduğunu açıqlayıb.