1 Fevral 2021 13:33
2 745
12 Punto 14 Punto 16 Punto 18 Punto

Video əlavə olunub:

***

11:27

Co Bayden hakimiyyətə gəldikdən sonra Suriya və İraqda tarazlıqlar yenidən dəyişməyə başlayıb.

Teleqraf.com xəbər verir ki, Bayden administrasiyası keçmiş prezident Donald Trampın dayandırdığı planları yenidən masaya qoyub.

Suriya Demokratik Qüvvələri terror təşkilatının lideri Məzlum Kobani “Al Arabiya”ya verdiyi açıqlamada, ABŞ-la birlikdə yeni bir proqram hazırladıqlarını etiraf edib. Kobani ABŞ rəhbərliyindən kiminlə görüşdüyü və necə bir proqramın hazırlanacağı barədə ətraflı məlumat verməyib.

Qeyd edək ki, bundan əvvəl Türkiyə mediası ABŞ-ın son bir ayda Suriyanın şimalına 240 yük maşını silah-sursat göndərdiyini yazmışdı. İddiaya görə, Türkiyə sərhədləri yaxınlığında patrul xidmətinə başlayan ABŞ hərbi qüvvələri YPG-yə dəstəyi artırmağa başlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər