Malayziyada bir toy videosu bütün dünyanı şoka salıb.
Teleqraf.com xəbər verir ki, gəlin keçmiş sevgilisini son dəfə qucaqlamaq üçün qonaqların qarşısında bəydən icazə istəyib.
Sosial şəbəkə platformasında paylaşılan və qısa müddətdə rekord qıran video geniş ictimaiyyətin diqqətini çəkib.
Toyda çəkilən görüntülərdə gəlin və bəy qonaqları bir platformada salamlayarkən, koronavirus səbəbiylə maska taxan bir adam səhnəyə çıxır. Bu vaxt gəlin bəyə tərəf dönüb bu şəxsin onun keçmiş sevgilisi olduğunu söyləyərək son dəfə qucaqlaşmaq üçün icazə istəyir.
Arvadını qonaqlar qarşısında qıra bilməyən bəy icazə verincə, gəlini keçmiş sevgilisi ilə son dəfə qucaqlaşır. Qucaqlaşmadan sonra bəy gəlinin keçmiş sevgilisi ilə əllə salamlaşır.
Video paylaşıldığı gündən bəri 2,5 milyondan çox insan tərəfindən izlənilib.