İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının bir gündə neftdən gələn gəliri 1 milyon dollardır.
Teleqraf.com “Sabah” qəzetinə istinadən xəbər verir ki, bu barədə aşıqlamanı ABŞ maliyə nazirinin müavini Devid Koen verib. Onun sözlərinə görə, təşkilat Suriya və İraqdakı zavodlardan çıxarılan neftin satışından milyonlarla dollar gəlir əldə edir.
Koen qaçırdığı əsirlər üçün İŞİD-ə milyonlarla dollar məbləğində ödənişlər həyata keçirildiyini də bildirib: “İŞİD bir il ərzində bu yolla 20 milyon dollar pul qazanıb”.
O, əlavə edib ki, İŞİD ilə mübarizə üçün uzun müddət tələb oluna bilər.
Samir