1 Fevral 2021 22:57
3 431
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Bəşər Əsəd rejiminin YPG/PKK terror təşkilatı ilə qarşıdurmada olduğu Qamışlı şəhərinə 250 hərbçi, Hizbullah isə 150 militan göndərib.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Anadolu” agentliyi məlumat yayıb.
Məlumata görə, Rusiya son 10 gündə Əsəd rejiminin bölgədəki mövqelərini gücləndirmək məqsədilə Türkiyə sərhədləri yaxınlığında yerləşən Qamışlıya 250 hərbçi qüvvə göndərib.

Bölgəyə 150 Hizbullah yaraqlısı da gəlib və rejim qüvvələrinin qərargahında yerləşib.

Digər tərəfdən, Əsəd rejiminin ordusu ona bağlı Şəbiha militanlarına iriçaplı silahlarla təlim verməyə başlayıb.

Qeyd edək ki, YPG/PKK rejimin Haseke və Qamışlı şəhərlərindəki hərbi məntəqələrini mühasirəyə alıb.

Dünən Hasekedə Əsəd rejimi və YPG/PKK arasında baş verən qarşıdurmada bir rejim qüvvələrinin bir hərbçisi həlak olub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər