2 Fevral 2021 00:26
822
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Virciniya, Vaşinqton, Çikaqo və Nyu York şəhərlərində də qar fırtınası səbəbindən fövqəladə vəziyyət elan olunub.

Teleqraf.com xəbər verir ki, Nyu Yorkun meri Bill de Blasionun imzaladığı qərarla yerli vaxtla 06:00-dan sonra bütün nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.

Mer şəhər sakinlərinə iki gün ərzində nəqliyyat vasitələrindən yararlanmamağı və məcburiyyət olmadığı halda çölə çıxmamağı tövsiyə edib.

Qar fırtınası nəticəsində hava limanlarında 300-dən çox aviareys təxirə salınıb. Məktəblərdə tədrisə fasilə verilib. Şəhərin bəzi yerlərində qarın hündürlüyü 40 santimetrə çatıb.

Qar çovğunu iki gün davam edəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər