Hakimiyyət çevrilişinin baş verdiyi Myanmada Kinq Hin Vay adlı qadının sosial şəbəkədə paylaşdığı videogörüntü maraqla qarşılanıb.
Teleqraf.com xəbər verir ki, qadın arxa fonda baş verənlərin fərqində oladan erobika ilə məşğul olub.
Feysbuk hesabında canlı yayıma çıxan Hin Vay arxasından hərbi texnikaların keçməsinin fərqinə olmayıb.
Hərbi texnika konvoyu Myanma parlamentinə doğru hərəkət etdiyi vaxt qadının aerobika ilə məşğul olması dünyada günün ən çox müzakirə edilən mövzusu olub.
Sosial şəbəkələrdə yayılan video qısa müddətdə 10 milyon izləyici tərəfindən izlənilib.
Qeyd edək ki, Myanmada Dövlət Şurasının sədri və Xarici işlər naziri Aun San Suu Çii və digər rəhbər şəxslərin həbs edilməsindən sonra Silahlı Qüvvələr hakimiyyətin ələ keçirildiyini açıqlayıb.
Olayın videogörüntünüsünü təqdim edirik: