İngiltərə ilə aparılan danışıqlar baş tutmadığına görə Türkiyə təyyarə daşıyan gəmi istehsal etmək qərarınə gəlib.
Teleqraf.com xəbər verir ki, bir neçə il öncə Ankara Londondan Queen Yelizabeth tipli təyyarədaşıyan gəmi almaq istəyib.
Məlumata görə, bu tələbi rədd edən London Ankaraya İspaniya ilə etdikləri kimi, satış yox, sadəcə gəminin dizayn və istehsal mərhələsində onlara yardım edə biləcəkləri təklifini edib.
Bundan sonra Ankara başqa ölkədən gəmi almaq əvəzinə, öz milli gəmisini inşa etmək qərarını verib. Bu sırada İngiltərə ilə mütəmadi danışıqlar aparılıb.
İngiltərə Ticarət Nazirliyi bu xəbəri yalanlamayıb. Ancaq qeyd edib ki, NATO müttəfiqi olan Türkiyə və İngiltərə uzun müddətdir davam edən əməkdaşlıq, güclü müdafiə əlaqələrinə də sahibdir. Xatırladılıb ki, İngiltərə və Türkiyə müxtəlif sahələrdə müdafiə və təhlükəsizlik mövzuları ilə bağlı sistemli görüşlər həyata keçirir.
Artıq Türkiyə çox funksiyalı hücum gəmisinə əsaslanan TCG Anadolunu yerli imkanlar hesabına hazırlayır. TCG Anadolu təyyarə daşıyan gəmi qırıcıların qısa eniş-qalxışlı qabiliyyətə malik olacaq. Bir neçə gün əvvəl gəmi İstanbulda dənizə daxil olub.