Bir qrup senator ABŞ Konqresinə həbs edilən rus müxalifətçi Aleksey Navalnı ilə əlaqədar vəziyyətə görə Rusiyaya qarşı sanksiyalar haqqında qanun layihəsi təqdim edib.
Teleqraf.com xəbər verir ki, bu barədə amerikalı senator Mark Rubio açıqlama verib.
Hər iki partiyadan (Respublikaçılar və Demokratlar) olan senatorların beynəlxalq hüquq pozuntularına yol verən, o cümlədən Aleksey Navalnının zəhərlənməsində iştirak edən Rusiya rəsmilərinə qarşı məqsədyönlü sanksiyaların tətbiq edilməsini nəzərdə tutan layihənin Konqresə təqdim olunduğu bildirilib.
Qanun layihəsindəki mümkün sanksiyalara, bank hesablarının dondurulması və viza verilməsindən imtina daxildir.
Sənəddə qeyd olunub ki, ABŞ rəhbərliyi Rusiya hakimiyyət orqanlarının kimyəvi və bioloji silahların istifadəsini qadağan edən beynəlxalq müqavilələri pozduğunu müəyyənləşdirməlidir.
Xatırladaq ki, Aleksey Navalnı yanvarın 17-dən müalicə Almaniyadan Rusiyaya qayıdıb, lakin gəldikdən sonra hava limanında saxlanılıb. Məhkəmə fevralın 2-də Navalnını 3.5 il həbs cəzasına məhkum edib.